img 20251027 wa0147

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyevanın qəbriüstü abidəsinə onların büstü qoyulub.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, abidə bu gün qoyulub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

Həmin fotoları təqdim edirik:

img 20251027 wa0147 1 img 20251027 wa0147 2 img 20251027 wa0148 img 20251027 wa0149

Paylaş: