63e51882f34d663e51882f34d7167595840263e51882f34d263e51882f34d4

Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələnin iqtisadi ziyanı 4 milyard dolları keçə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”dən bildirilib.

“Vəziyyət inkişaf etdikcə iqtisadi itkiləri qiymətləndirmək çətindir, lakin onların 2 milyard dolları ötməsi və 4 milyard dolları keçməsi ehtimalı var”, – agentliyin hesabatında deyilir.

Eyni zamanda, agentlik təbii fəlakətdən zərər çəkmiş ərazilərin sığorta təminatının aşağı olmasına işarə edərək, sığortalanmış itkilərin həcmini 1 milyard dollar səviyyəsində qiymətləndirib.

Paylaş: