5188158474972953790

İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu və digərlərinə qarşı aparılan “casusluq işi” üzrə şübhəli şəxs Hüseyn Günün telefonunda yüksək vəzifəli şəxslərə məxsus əlaqə nömrələri müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Aşkarlanan 34 əlaqə nömrəsi arasında Ermənistanın keçmiş prezidenti Armen Sərkisyan, sabiq baş nazir Karen Karapetyan, İsrailin keçmiş baş naziri Ehud Olmert, mərhum prezident Şimon Peresin oğlu da yer alır.

Hüseyn Gün açıqlamasında bu nömrələrin onun keçmiş biznes və iqtisadi fəaliyyətləri ilə əlaqədar olduğunu bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: