Türkiyənin Qəzza zolağında hərbi mövcudluğu mümkün deyil.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Gideon Saar deyib.
“İsrail Türkiyə qoşunlarının Qəzza zolağına girməsinə razı olmayacaq”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, bu qərar Türkiyənin son illərdə ritorikada, diplomatiyada və iqtisadiyyatda özünü göstərən “düşmənçilik siyasəti” ilə bağlıdır. İsrail artıq öz mövqeyini ABŞ administrasiyasına çatdırıb.
Əliyar Xəlil