1675961533 be

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak olub. 6 uşaqları olan Hüseyn Huyluoğlu və həyat yoldaşı Merve Huyluoğlu 5 övladları ilə birlikdə Hataydakı dağıntılar altında qalıblar.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ailədən geriyə sadəcə beşəmlərdən biri, Məhəmməd adlı körpə qalıb.

Belə ki, 2020-ci ildə koronavirus epidemiyası səbəbilə beşəmləri ilə Səudiyyə Ərəbistanında təcrid olan Huyluoğlu ailəsi Türkiyəyə gətirilmişdi. Lakin onlar qorxunc epidemiyadan qurtulmağa çalışarkən 3 il sonra övladları ilə birlikdə dağıntılar altında qalıblar.

40123aca b21d 4720 a396 491d3aaf9adc 9e155806 3ec4 420b bea6 0b61d2e11f1b 8aa27c49 e39e 410e ad46 19d410a9a4d9 7d1ee3d3 131c 4b16 80a7 da2759dc2c71 1d3692e3 e06c 47bb 9896 df4e206f6a16

Paylaş: