1754587968 1749149151 media tramp9 gfpm09

Kaliforniya qubernatoru Qevin Nyusom prezidentliyə namizədliyini nəzərdən keçirdiyini etiraf edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb

O bildirib ki, qarşıdan gələn seçkilərdə Demokratlar Partiyasından namizədliyini irəli sürə bilər.

“Bəli. Əks halda, yalan danışardım və bunu edə bilmərəm”, – siyasətçi deyib.

Nyusom ABŞ-da gələn noyabrda keçiriləcək aralıq seçkilərinin nəticələrini gözlədiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, özünü Demokratların yeganə mümkün namizədi kimi görmür.

Xatırladaq ki, 2024-cü ildə Nyusom  ABŞ Prezidenti Donald Trampın əsas ictimai rəqiblərindən biri kimi ortaya çıxıb. Oktyabrın 2-də Kaliforniya qubernatoru özünü “azad dünyanın lideri” adlandırıb.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2028 ci il 7 noyabr tarixində keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: