Ukraynanın Sumı vilayətində mikroavtobusa PUA hücumu olub.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov danışıb.
Hadisə nəticəsində 69 yaşlı kişi ölüb, 8 yaşlı oğlan və 15 yaşlı qız da daxil olmaqla 12 nəfər yaralanıb.
“Yaralılardan ikisinin vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparır”, – Qriqorov bildirib.
Onun sözlərinə görə, bu, düşmənin dəfələrlə pilotsuz uçuş aparatları ilə hücum etdiyi yüksək risk zonasıdır.