“İsrail rəsmiləri Türkiyənin Qəzza zolağında Fələstinin HƏMAS hərəkatını dəstəkləməsindən qorxurlar”.
Globalinfo.az xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.
“Lakin Türkiyənin regional münaqişənin həllində iştirakı qəbuledilməzdir”, – deyə bildirilib.
Qeyd edək ki, oktyabrın 19-da Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün yaradılmış beynəlxalq kontingentə Misirin rəhbərlik edəcəyi bəlli oldu. Məlumata görə, bu sülhməramlı missiyaya Azərbaycan, İndoneziya və Türkiyədən də hərbçilər daxil olacaq.
Əliyar Xəlil
Globalinfo.az