“Danışıqlar uğursuz olarsa, ölkə Əfqanıstanla açıq müharibəyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
Onun sözlərinə görə, hazırda İstanbulda keçirilən sülh danışıqlarına alternativ yoxdur:
“Biz seçim qarşısındayıq. Sülh razılaşması əldə olunmasa, açıq müharibəyə başlayacağıq. Amma görürəm ki, onlar həqiqətən sülh istəyirlər”.
Xatırladaq ki, oktyabrın 9-dan başlayaraq Əfqanıstan və Pakistan altı gün bir-birini bombaladı. Bir müddət sonra tərəflər 48 saatlıq atəşkəs və sülh danışıqlarının başlanması ilə bağlı razılığa gəliblər.
Oktyabrın 15-də Əfqanıstan-Pakistan sərhədində Taliban qüvvələri ilə Pakistan sərhədçiləri arasında yeni toqquşmaların baş verdiyi məlum olub.
Safura Bənnayeva
Globalinfo.az