68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 26

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsində sülh üçün real imkanlar göründükdə baş tutacağını bildirib.

Globalinfo.az xəbər verir ki, bu sözləri Tramp Malayziya səfəri öncəsi Dohada olarkən mətbuat nümayəndələri ilə söhbət zamanı deyib.

“Biz razılaşma əldə edəcəyimizi bilməliyik”, – deyə Tramp qeyd edib.

Bundan əlavə, Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatında olan məyusluğunu dilə gətirib. O, daha sonra Putinlə çox yaxşı münasibətlərinin olduğunu da vurğulayıb.

Paylaş: