rusiya 1

Rusiyanı danışıqlara məcbur etmək üçün Avropa təzyiqləri artırmalıdır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Leyen “X” sosial media hesabında paylaşım edib.

“Razılaşdırılmış məhdudiyyətlər Rusiyaya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməyin açarıdır. Biz dayanmayacağıq,” – deyə Fon der Leyen vurğulayıb.

Avropa Komissiyasının rəhbəri həmçinin Avropa müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirildiyini və “reparasiya krediti” (Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi mexanizmi) üzərində işlərin davam etdiyini qeyd edib.

“Reparasiya krediti üzrə variantlar artıq hazırlanır, yaxın vaxtlarda təqdim olunacaq”, – o əlavə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: