68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 11

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmədə heç kimin əleyhinə ifadə vermədiyini bildirib.

Globalinfo.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu barədə Qaribaşvili Tbilisi Şəhər Məhkəməsindən çıxarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Məlumata görə, o, binanı əsas girişdən deyil, yan qapıdan tərk edib.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi onun barəsində 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Qərara əsasən, Qaribaşvili pasportunu təhvil verməli və ölkəni tərk etməməlidir.

Onu da bildirək ki, sabiq Baş nazirə qanunsuz gəlirlərin leqallaşdırılması (yuyulması) ittihamı irəli sürülüb. Gürcüstan qanunvericiliyinə əsasən, bu maddə üzrə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Paylaş: