İlkin Süleymanovun vəkili saxlanıldı – TƏFƏRRÜAT

İlkin Süleymanovun vəkili saxlanıldı – TƏFƏRRÜAT

Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.

Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb: “Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar”.

***14:04

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

Globalinfo.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, o, avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirib.

    Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

    ***

    Gəncədə tanınmış vəkil saxlanılıb.

    Globalinfo.az APA-ya istinadən bildirir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

      Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

      Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

      Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

      Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.