Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Londonda keçiriləcək sammitdə Ukraynaya uzunmənzilli raketlərin verilməsi məsələsini gündəliyə çıxaracaq.
Globalinfo.az xəbər verir ki, Starmer Ukrayna Prezidenti Volodimir Zelenskini və “iradəli ölkələr koalisiyası” adlanan, atəşkəs əldə olunduqdan sonra Kiyevə təhlükəsizlik təminatları verməyə razılaşmış 20-dən çox müttəfiq ölkənin liderlərini qəbul edəcək.
Baş nazir bu sammit vasitəsilə diplomatik təzyiqi artıraraq, Moskvanı müharibəyə son qoymaq üçün danışıqlara məcbur etməyə çalışır.