Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin Moskvadakı şəxsi iqamətgahı satışa çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
“Əmlak saytlarından birində satış elanı yayımlanıb. Əraziyə 500 kvadratmetrlik dörd bina, meşə və 50 avtomobillik dayanacaq daxildir. Binalar 1990-cı illərin üslubunda bəzədilib, hündür kərpic divarla əhatə olunub.
Jirinovskinin sağlığında malikanə gecə-gündüz mühafizə olunurdu, jurnalistlər və kənar şəxslər binaya buraxılmırdı. Bu yay mühafizəçilər yığışdırılıb, pəncərələrdən kənarda boya qabları və tikinti materialları var”, – deyə bildirilib.
Məlumata görə, əmlak 800 milyon rubl (16.7 milyon manat) dəyərindədir.
Xatırladaq ki, Vladimir Jirinovski 2022-ci il aprelin 6-da 75 yaşında vəfat edib.
Əliyar Xəlil
Globalinfo.az