korpe1

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən avtomobildə doğuş edib.

Bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.

Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Paylaş: