2484 kreml

Yaxın zamanda Rusiyaya qarşı sanksiyalar genişləndiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

“Biz ya bu gün işlərin bağlanmasından sonra, ya da sabah səhər ilk iş olaraq Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılmasını elan etməyi planlaşdırırıq”, – o bildirib.

Qeyd edək ki, bundan bir gün əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Konqresdəki respublikaçıların Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək imkanını həvəslə nəzərdən keçirdiklərini söyləyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: