Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat yayıb.
Hadisə zamanı ölənlərin olduğu bildirilir. Dəqiq rəqəmlər hələ açıqlanmayıb.
Qubernatorun sözlərinə görə, hazırda hadisə yerində Fövqəladə Hallar Xidmətinin qüvvələri işləyir, təmizləmə və araşdırma qrupu yaradılıb. Teksler əlavə edib ki, şəhər sakinləri və mülki obyektlər üçün təhlükə yoxdur, vəziyyət nəzarət altındadır.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsi Kopeysk və Çelyabinskdə bir neçə rayonda, o cümlədən şəhərin mərkəzində eşidilib.
Sosial şəbəkələrdə sənaye zonasında tüstülənmə görüntüləri yayılıb.