qiz itkin 12

Fevralın 7-də Bakıda sığınacaqdan qaçmış 17 yaşlı qız tapılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Uşaqlar Birliyinin sığınacağını tərk edən 2006-cı il təvəllüdlü Lalə Quliyeva həmin gün saat 06:50 radələrində sığınacaqdan xəbərsiz çıxıb gedib və geri qayıtmayıb. Dərhal polisə məlumat verilib və axtarışlara başlanılıb. Bir neçə saat sonra L.Quliyeva özü sığınacağa qayıdıb.

Bildirilir ki, L.Quliyeva 2 ilə yaxındır ailəsini tərk edib və Bakıda sığınacağa yerləşdirilib. Onun ailə-məişət zəminində sığınacağa üz tutduğu qeyd edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Malik
Globalinfo.az

Paylaş: