pasinyan yeni 78

“Biz bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı elan edib.

Paşinyan bildirib ki, Ermənistanda Marqara-Yeqnadzor-Sisisan-Qoris marşrutu üzrə həm yollar, həm də sərhəd infrastrukturu buna hazırdır:

“Siyasi baxımdan biz Naxçıvan Muxtar Respublikasından Azərbaycanın əsas hissəsinə və əksinə Ermənistan ərazisindən tranziti təmin etməyə hazırıq, lakin infrastrukturun olmaması səbəbindən, yəni texniki baxımdan bu, hələlik mümkün olmur. O cümlədən, Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu tranzitini təmin etməyə, eləcə də Türkiyə ilə Azərbaycan arasında dəmir yolu xəttinin təmirinə və ya yenidən qurulmasına ehtiyac var. Mən əminəm və əminəm ki, bu texniki məsələlər iki-üç il ərzində həll olunacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: