2022 10 06t134827z 1843337097 rc2ovw9atbs5 rtrmadp 3 britain royals pic4 zoom 1500x1500 25303 1761110140500

Britaniya taxtının vəliəhdi şahzadə Uilyam tacqoyma mərasimindən sonra monarxiya institutunu köklü şəkildə dəyişdirmək niyyətindədir. 

Globalinfo.az xəbər verir ki, onun rəsmi vəzifələrini yerinə yetirməyən bütün qohumlarını krallıq titullarından məhrum etməyi düşündüyü bildirilir.

İddialara görə, Uilyamın tacqoyma mərasimindən sonra şahzadələr Yucin və Beatris, eləcə də şahzadə Harri və onun uşaqları “Əlahəzrət Kral” titulunu itirəcəklər.

Xarici KİV yazır ki, şahzadə bu addımı atarsa, Britaniya qanunlarını dəyişdirməli olacaq. Çünki mövcud qanunvericiliyə görə kral ailəsinin üzvlərinin şahzadə statusundan məhrum edilməsi mümkün deyil.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: