Bakı metrosunda problem: qatarlar ləngiyir

Bakı metrosunda problem: qatarlar ləngiyir

Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində ləngimələr müşahidə olunub. 

Globalinfo.az-ın xəbərinə görə, Modern.az-a məlumat verən sərnişinlər bildirib ki, qatarlar stansiyalar arasında bir neçə dəqiqə gözləməli olub.

Nəticədə vaqonlarda sıxlıq yaranıb. Qatarlar arasında intervalda da xeyli müddət yaranıb.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-ə rəsmi sorğu ünvanlanıb.