Avstraliyanın Baş naziri Entoni Albaneze məxsus təyyarə ekipaj üzvü yaralandıqdan sonra təcili eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə SBS məlumat yayıb.
“Baş nazirin təyyarəsi tibbi yardım tələb edən insidentdən sonra ABŞ-da təcili eniş edib”, – nəşr yazıb.
Zərərçəkmiş yerli xəstəxanaya çatdırılıb. Bildirilib ki, təyyarə yanacaq doldurduqdan sonra səyahətinə davam edəcək.
Qeyd edək ki, Albanese ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Avstraliyaya qayıdırdı.
Əliyar Xəlil
Globalinfo.az