Prezidentin saytından Ramiz Mehdiyevlə bağlı məlumat silindi – FOTO

Prezidentin saytından Ramiz Mehdiyevlə bağlı məlumat silindi - FOTO

Azərbaycan Prezidentinin rəsmi saytında Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə məlumat silinib.

Globalinfo.az bildirir ki, söhbət 23 oktyabr 2019-cu ildə dərc edilmiş və Mehdiyevin “dövlət idarəçiliyində və elmin inkişafında xidmətlərinə görə” ali dövlət mükafatına layiq görülməsi xəbərindən gedir.

Hazırda həmin link “404 – səhifə tapılmadı” xətası verir.

Xatırladaq ki, Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və 2019-cu ildə təqaüdə çıxıb.

O, dövlətə xəyanətdə təqsirli bilinir. Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bir qədər əvvəl R.Mehdiyevin titul və adlardan məhrum ediləcəyi haqda xəbərlər yayılmışdı.

Tahir Turan
Globalinfo.az

Prezidentin saytından Ramiz Mehdiyevlə bağlı məlumat silindi - FOTO