Bakıda avtobus bulvara girdi – VİDEO

Bakıda avtobus bulvara girdi - VİDEO

“BakuBus” MMC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında baş verib.

“BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”, – açıqlamada qeyd olunub.

X X X

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində xəsarət alan olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli APA-nın sorğusuna cavab olaraq bildirib.

    Məlumata görə, hadisə saat 10:40 radələrində Neftiçlər prospektində baş verib. “BakuBus”a məxsus 125 saylı xətt üzrə hərəkət edən avtobus idarəetmənin itməsi nəticəsində maneələrə toxunub və qəza baş verib.

    Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

    Qeyd edək ki, hadisə Neftçilər prospektində baş verib. “BakuBus”a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.