sarkozi

Fransanın sabiq prezidenti Nikola Sarkozi evini tərk edib.

Globalinfo.az xəbər verir ki, o, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb.

    Daha sonra Sarkozi La Sante onu həbsxanaya aparacaq avtomobilə əyləşib.

    ***09:06

    Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.

    Globalinfo.az xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.

      Belə ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

       

      Paylaş: