AP19249858279052 pic 32ratio 900x600 900x600 50220

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi dayandırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Senatının Respublikaçılar Partiyasının lideri Con Tun məlumat yayıb.

“Sanksiyalar haqqında qanun layihəsi prezidentin arsenalında bir alətdir ki, o, ruslara qarşı onları danışıqlar masasına əyləşdirməyə məcbur edə bilər. Hələlik biz fasilə düyməsini sıxmaq niyyətindəyik,” – Tun bildirib.

O əlavə edib ki, yeni sanksiyalar müvəqqəti təxirə salınıb, lakin gələcəkdə Trampın qərarı ilə aktivləşdirilə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: