Oktyabrın 24-də Londonda Kiyevə yardımın göstərilməsi üzrə “İstəklilər koalisiyası”nın görüşü keçiriləcək.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat yayıb.
“Görüş qismən əyani, qismən də videoəlaqə formatında olacaq. Bəzilərimiz Londonda toplanacaq”, – deyə o vurğulayıb.
Makronun sözlərinə görə, görüşdə Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcək.