soros

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, milyarder Corc Soros və solçu radikalların digər nümayəndələri “No Kings” hərəkatının hökumət əleyhinə etiraz aksiyalarının təşkilində iştirak edə bilər.

Globalinfo.az xəbər verir ki, Tramp hadisələrə ciddi təhdiddən çox zarafat kimi baxdığını açıqlayıb.

“Mən etiraz edən bu insanlara baxıram. Onlar bu ölkənin təmsilçisi deyillər. Təxmin edin, onların pulunu kim ödəyib? Təbii ki, Soros və digər sol radikallar. Biz bunu araşdırırıq”, – prezident deyib.

Tramp həmçinin qeyd edib ki, etiraz aksiyalarının iştirakçıları sayca çox azdır və onlar tükənmiş görünürlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: