Fələstinin HƏMAS hərəkatı Qəzza bölgəsində həlak olmuş daha bir girovun cəsədini münasib şərait yaradıldığı təqdirdə, İsrail tərəfinə təhvil verməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, müvafiq bəyanatı hərəkatın hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşması HƏMAS-ın “Telegram” kanalında yayıb.
“Daha bir girovun qalıqları çıxarılıb və yerdəki vəziyyət münasib olarsa, bu gün (Qırmızı Xaç əməkdaşlarına – red.) təhvil verilə bilər”, – məlumatda qeyd olunur.