Parisdəki Luvr muzeyində oğurluq hadisəsi baş verib və muzey bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati bildirib.
Onun sözlərinə görə, hadisə səhər tezdən baş verib.
“İmperator Napoleonun kolleksiyasından doqquz əşya oğurlayıblar. Onların qənimətinə boyunbağı, broş, tiara və bir neçə başqa əşya da olmaqla, doqquz zinət əşyası daxildir”, – deyə nazir bildirib.
Oğurluğun digər təfərrüatları hələlik məlum deyil.
Safura Bənnayeva
Globalinfo.az














