68f2672d0378268f2672d03783176071658868f2672d0377f68f2672d03781 7

HƏMAS hərəkatı ölən israilli girovlardan daha birinin qalıqlarını yerli vaxtla saat 23:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının “Telegram” kanalında məlumat verilib.

“Girovlardan birinin cəsədi bu gün Qəzza zolağında tapılıb və saat 23:00 radələrində tibbi heyətə təhvil veriləcək”, – bəyanatda deyilir.

Qalıqları BQXK-ya təhvil veriləcək girovun adı açıqlanmayıb.

Paylaş: