owl detail 620 68233ae9e853d5c8e32c4fa8a94f3d91

Pentaqon rəhbəri Pit Heqset Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə ağ, mavi və qırmızı zolaqlı qalstuk taxaraq diqqətləri üzərinə cəlb edib.

Globalinfo.az xəbər verir ki, görüntüləri “Fox News” telekanalı yayımlayıb.

Maraqlısı odur ki, bu rəng sxemi Rusiya bayrağının üçrəngli dizaynını xatırladır. Həmin rənglər – ağ, mavi və qırmızı, həmçinin ABŞ, Fransa, Böyük Britaniya və bir sıra digər Qərb ölkələrinin bayraqlarında da istifadə olunur.

Buna baxmayaraq sosial şəbəkələrdə bu jestin simvolik mənası və mümkün mesajı barədə müxtəlif təhlillər və fərziyyələr yayılıb.

Qeyd edək ki, görüş zamanı tərəflər Ukraynadakı müharibənin gedişatı, ABŞ-ın hərbi yardımı və yeni silah tədarükləri, o cümlədən “Tomaqavk” raketləri ilə bağlı məsələləri müzakirə ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: