Başqırdıstandakı “Avanqard” kimya zavodunda güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash Batash” Teleqram kanalı zavodun baş direktoru Dmitri Loginova istinadən məlumat yayıb.
İlkin məlumata görə, qəza azot qurğusunda baş verib. Şəhərin hər yerindən sakinlər güclü partlayış səslərini eşidiblər, ardınca zavodun üzərindən qalın tüstü qalxıb.
Partlayışdan sonra ikinci növbədə işləyən əməkdaşların təxliyəsi başlayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.
“Avanqard” kimya zavodu partlayıcı maddələr və silahlar istehsal edən zavodudur.
— Ahmadov (@BigAhmadov) October 17, 2025
Əliyar Xəlil














