putin tramp 1

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə görüşlə bağlı yeni detallar açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.

O bildirib ki, liderlərin görüşü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlarından bir həftə sonra baş tutacaq:

“Putin və Tramp qərara gəldilər ki, iki xarici işlər naziri bir həftə ərzində qalan məsələləri həll etməyə çalışacaqlar. Bir həftə sonra bura, Budapeştə gələ biləcəklər”.

Qeyd edək ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: