Trampla Putinin danışığında diqqətçəkən detal: Gözlənilən baş tutmadı

Trampla Putinin danışığında diqqətçəkən detal: Gözlənilən baş tutmadı

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığı zamanı onu ad günü münasibətilə təbrik etməyib.

Globalinfo.az xəbər verir ki, Uşakov bu barədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu barədə söhbət açılmayıb.

“Açığı, bu məsələ o yerə çatmadı. Söhbət bizim təşəbbüsümüzlə oldu. Amma heç kim ad günü məsələsini qaldırmadı”.

O əlavə edib ki, danışıqlar əsasən əməkdaşlıq məsələlərinə və regional mövzulara həsr olunub.

Tahir Turan
Globalinfo.az