esed 0

Suriyada ötən ilin dekabrında devrilmiş prezident Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsəd həbs edilib.

Globalinfo.az bildirir ki, bu barədə “Report” “Əl-Ərəbiyyə” telekanalına istinadən məlumat verir.

“Suriya təhlükəsizlik qüvvələri Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsədi həbs ediblər”, – agentliyin mənbəyi qeyd edir.

Əlavə məlumat hələ daxil olmayıb.

Daha əvvəl bildirilmişdi ki, Suriya lideri Əhməd Əş-Şaraa Moskvaya səfəri zamanı suriyalılara qarşı cinayətlərinə görə mühakimə olunması üçün Əsədin təhvil verilməsini rəsmi olaraq tələb etməyi planlaşdırıb.

Paylaş: