“NATO-nun Baş katibi Mark Ruttenin rus pilot və dənizçilərinə qarşı təhqirləri onun məlumatsız olduğunu göstərir. Bilsəydi, belə şeylər danışmazdı”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Qeyd edək ki, oktyabrın 16-da Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi rus pilotları və dənizçiləri bacarıqsız adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az