upload 2024 01 11T102644Z 2105080105 RC2MF5A2ZLXA RTRMADP 3 UKRAINE CRISIS ESTONIA ZELENSKIY pic 32ratio 900x600 900x600 43791

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla Moskvada görüşməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema deyib.

“Zelenski Moskvada bu münaqişəni sülh yolu ilə həll etmək üçün çalışmalıdır. Çünki Qərb ölkələrindən hər əldə edilən silahla onun təkəbbürü artır. Ukrayna lideri Vaşinqtona səfər planlarından imtina etməli və diqqətini Rusiya ilə münaqişənin diplomatik yolla həlli səylərinə yönəltməlidir”, – o bildirib.

Mema bəyan edib ki, Ukrayna ABŞ-ın “Tomaqavk” raketlərini alarsa, Rusiya buna sərt cavab verəcək və nəticədə vəziyyət nəzarətdən çıxacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: