ABŞ Prezidenti Donald Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuela Prezidenti Nikolas Maduronu devirmək üçün gizli əməliyyatlar həyata keçirməyə icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyatlar Trampın administrasiyası tərəfindən Venesuelada siyasi dəyişiklik üçün sirrli diplomatiya və hərbi manevrlər planı çərçivəsində icra olunub.
Bu, ABŞ hökumətinin Mərkəzi və Latın Amerikası ölkələrindəki nüfuzunu genişləndirmək və Maduro hökumətini zəiflətmək məqsədini daşıyıb.
Qəzet bildirir ki, əməliyyatların mahiyyəti, əhatəsi və ABŞ-ın konkret addımları hələlik tam açıqlanmayıb, lakin məlumatlar Tramp dövründə Kəşfiyyat İdarəsinin Venesuelada fəaliyyətini genişləndirdiyini göstərir.
Tahir Turan
Globalinfo.az