Belarus Respublikasının Azərbaycandakı səfirliyi Xalq artisti Ramiz Quliyevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə səfirliyin instaqram hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Azərbaycan Respublikasının Xalq artisti Ramiz Quliyevin vəfatı ilə əlaqədar Belarus Respublikasının Səfirliyi Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dərin və hərtərəfli humanitar əməkdaşlığa zəmin yaradan bu görkəmli mədəniyyət xadiminin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqının kədərinə şərikik və R.Quliyevin irəli sürdüyü təşəbbüslərin davam etdiriləcəyinə əminliyimizi bildiririk”.