rusiya 1

2022-ci ilin fevralından Böyük Britaniyada 28,7 milyard funt sterlinqdən (38,3 milyard dollar) çox Rusiya aktivləri dondurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Sanksiyalarının İcrası İdarəsinin 2024-2025-ci illər üzrə hesabatında bildirilib.

Dondurulmuş aktivlərin həcminə görə ikinci yerdə Liviyadan olan şirkətlər və fiziki şəxslər (12,96 milyard funt sterlinq), üçüncü yerdə isə Belarusdan olan şirkətlər (1,18 milyard funt sterlinq) dayanır.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri London 2100-dən çox fiziki və hüquqi şəxsi anti-Rusiya sanksiya siyahısına daxil edib. Bu ilin aprelinə olan məlumata görə, Böyük Britaniyanın konsolidasiya edilmiş sanksiyalar siyahısındakı maddələrin 44,6%-i Rusiyanın payına düşüb.

Maliyyə Sanksiyalarının İcrası İdarəsi Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı 240 hadisəni araşdırır”, – hesabatda vurğulanıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: