connn

“NATO Rusiyanın Avropa hava məkanını pozduğu iddiasına bütün gücü ilə cavab verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Con Healey deyib.

“Heç bir şübhə olmamalıdır: NATO-ya təhdid olarsa, biz hərəkətə keçəcəyik. Bütün gücümüzlə eskalasiyaya cavab verməliyik”, – o bildirib.

Nazir həmçinin Ukrayna üçün dron istehsalının artacağını açıqlayıb. Onun sözlərinə görə, London son altı ayda Kiyevə 85 mindən çox pilotsuz təyyarə verib .

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: