Rusiyalı müğənni Alla Puqaçova pensiya ödənişləri sayəsində Rusiyada sabit gəlir əldə etməyə davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life SHOT” məlumat yayıb.
“Prima Donnanın hesablarına hər ay 105 min rubldan çox vəsait yatırılır. Bu məbləğə Rusiyanın Xalq artisti adına görə kompensasiya (41 995 rubl), “Xidmətlərə görə” ordeninə görə əlavə ödəniş (29 000 rubl) və federal müavinətlər daxildir. Beləliklə, sənətçinin illik gəliri bank əmanətləri üzrə faizlər istisna olmaqla, 1,2 milyon rubldan çoxdur”, – deyə bildirilib.
Məlumata görə, Puqaçova əvvəlcə pullarını bank hesablarında toplayır, sonra xaricə köçürür.
Günel Cəlil
Globalinfo.az