Dənizkənarı Milli Parkda yeni fəaliyyətə başlayan attraksionlardan istifadə məbləği açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, hazırda Dənizkənarı Milli Park ərazisində 4 ədəd yeni attraksion quraşdırılıb: “Həmçinin ərazi oyun pavilyonları ilə təmin olunub. Attraksionların gətirilmə prosesi mərhələli şəkildə icra olunacaq”.
Onun sözlərinə görə, ərazidə sıxlığın qarşısının alınması məqsədilə bilet terminalları da yer alır: “Uşaqlar üçün attraksionlardan istifadə ödənişi 3 manat, böyüklər üçün isə 4 manat təşkil edir. Ödənişlə hər bir attraksionda 3-4 dəqiqə əylənmək mümkündür”.
Mətbuat katibi əldə olunan gəlirlərin hara xərclənəcəyi barədə də məlumat verib: “Buradan əldə olunan gəlirlər “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxs olaraq bulvarın saxlanılması, qorunması, yaşıllıqlarla təmin olunmasına və s. xərclənəcək”, – deyə o bildirib.