puqacova

Rusiyalı müğənni Alla Puqaçova 1960-cı illərdə Oleq Lundstremin məşhur ansamblından qovulub.

Globalinfo.az xəbər verir ki, bu barədə estrada müğənnisi Valeri Obodzinskinin kiçik qızı Valeriya xatırlatma edib.

“Qrupun direktoru Puqaçovanın peşəkar keyfiyyətlərindən narazı qalıb. Hətta həmkarlarının dediyinə görə, o, kifayət qədər davakar biri idi. Kiminsə nailiyyətləri tanınanda çox qıcıqlanırdı. Həmin zaman Puqaçova uzun müddət səhnədə öz yerini tapmaq üçün mübarizə aparıb”, – o bildirib.

Qeyd edək ki, Oleq Lundstrem Ansamblı 1934-cü ildə Harbində yaradılmış əfsanəvi caz orkestridir.

Günel Cəlil
Globalinfo.az

Paylaş: