Tramp Pasinyan 134

Ermənistanın Baş naziri Nikol Paşinyan Şarm əş-Şeyxdəki Yaxın Şərq Sülh Sammitində özünü ABŞ Prezidenti Donald Trampa təqdim etmək məcburiyyətində qalıb.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

“O müxtəlif sammitlərdə protokolu pozaraq Donald Trampa yaxınlaşır, “mən Ermənistanın Baş naziriyəm” deyirdi. Bunu edəndə bir gün Tramp tərəfindən “o biri oğlan” kimi xatırlanacağını düşünmürdü”, – L.Zurabyan vurğulayıb.

Jurnalist Aza Babayanın isə yazır ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyevi yaxşı tanıyır:

“Amma Paşinyanı tanımır: nə üzünü, nə də soyadını xatırlayır. Trampın Paşinyanla bağlı yaxşı xatırladığı yeganə şey odur ki, “bu oğlan” Əliyevin həmyerlisidir. Özünüz nəticə çıxarın”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: