WhatsApp Image 2025 10 14 at 10.51.48

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb.

Globalinfo.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Markanın üzərində yük qatarı təsvir edilib.

Poçt markasının əsas ideyası “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.

Paylaş: