Rusiyalı aktrisa Liza Moryak 14 saat qəbiristanlıqda vaxt keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“Çətin çəkilişlərə dözməli oldum. Oxşar təcrübəm var idi, amma beləsi olmamışdı. Bundan əvvəl tabutda kadrlarım olub, amma bu, həyətdə idi, qəbirstanlıqda yox”, – o bildirib.
Aktrisa havaya görə emosional olaraq narahat hiss etdiyini də vurğulayıb:
“Direktor məndən xahiş etdi ki, məzar daşının üstündəki örtüyü qaldırım. Amma etmədim. Kinonu nə qədər sevsəm də, Allahı qəzəbləndirmək istəmirəm”.
Günel Cəlil
Globalinfo.az