n9fQPFHrUMVmOt1sqpS9LYeUPjedM1XQrFMorydS 825

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin cümə günü ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyini təsdiqləyib.

Globalinfo.az “RBC-Ukrayna“ya istinadən xəbər verir ki, Zelenski bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu həftə Vaşinqtonda Prezident Tramp ilə görüşəcəyəm. Hesab edirəm ki, prezidentə təklif etmək istədiyim addımlar ardıcıllığını müzakirə etməliyik”, – deyə Zelenski vurğulayıb.

***19:00

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini oktyabrın 17-də Vaşinqtonda qəbul etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.

Bundan əvvəl liderlər son iki gün ərzində iki dəfə telefon danışığı aparıb və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, “Patriot” komplekslərinin və uzaqmənzilli silahların mümkün tədarükü, eləcə də enerji və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Paylaş: